Azərbaycanda qum yatağı hərracda start qiymətindən 20 dəfə baha satılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi üzrə 22 noyabr tarixində keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42.560 manat) 20 dəfəyədək çox olub.
Qalib investor tərəfindən 831.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Qum yatağına təklif start qiymətindən 788.440 manat çox olub.
Hərracın nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/4agWYjq