Bakı qaytarılacaq 8 kənddə yeni struktur yaradacaq – Ermənilər nədən qorxur?

0
216

“Azərbaycan anklavların qaytarılması tələbindən əl çəkməyəcək və İrəvanın boğazını sona qədər sıxacaq”.

B
u barədə İrəvan Dövlət Universitetinin politologiya kafedrasının professoru, politoloq Qarik Keryan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar geri qayıdıb bu kəndlərdə yaşayacaq.

“Mən artıq onların çıxışlarından pronozlaşdırıram ki, Azərbaycan gələcəkdə yeni bir komponent əlavə edəcək – qayıdan azərbaycanlıların təhükəsizlik məsələsi. Ermənistan tərəfi təhlükəsizliyin qarantiyası olmadığı üçün azərbaycanlıların məskunlaşacağı ərazilərdə təhlükəsizlik strukturlarına nəzarətin Bakının ələ alması tələbi də istisna deyil. Bunlar mənim proqnozlaşdırdığım reallıqlardır. Ən yaxşı variant odur ki, Ermənistan “Başkənd məsələsini” qaldırmasın, Azərbaycan da anklavları qaldırmasın. Başkənd bizim üçün o qədər də strateji yer deyil, amma Azərbaycanın tələb etdiyi anklavlar strateji əhəmiyyətə malikdir. Buna görə də Bakı İrəvanın boğazını sona qədər sıxacaq”, – Keryan bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan delimitasiya prosesində bu kəndlərin azad edilməsini tələb edir.