Süni intellekt jurnalistin qələmini əlindən alacaq? – Ekspertlər deyir ki…

0
192

Süni intellektin media işçilərinin və jurnalistlərin işini əlindən ala biləcəyi ilə bağlı müzakirələr artır. Mütəxəssislər süni intellektin düz mətn yazmaqda kifayət qədər yaxşı iş gördüyünü bildirsələr də, alqoritmlərin heç vaxt insanlar kimi xüsusi xəbərlər hazırlaya bilməyəcəyi qənaətindədirlər.

Bu barədə Türkiyə mətbuatda dərc olunan araşdırma yazıda bildirilir. Qeyd olunur ki, süni intellekt artıq həyatımızın hər sahəsindədir. Bu inqilabi yenilik bəzi peşələrin məhv edilməsi riskini də daşıyır.

“Microsoft” süni intellektin imkanlarına görə 10 min insanı ixtisar etməyi planlaşdırarkən, son günlərdə süni intellektin media işçilərinə təsiri gündəmin zirvəsindədir. Süni intellektlə xəbərlərin çapı və təqdim edilməsi kimi texnoloji inkişaflara ehtiyatla yanaşan ekspertlər jurnalistikada insan amilinin vacibliyini diqqətə çatdırıblar.

Doğuş Universiteti müəllimi, Dos. Dr. İlknur Doğu Öztürk bildirib ki, süni intellektdən istifadə edərək xəbər yazmaq jurnalistika deyil:

“Məlumat almadan xəbər yazmağın jurnalistika olmadığını düşünürəm. Süni intellekt dediyimiz texnologiya alqoritmlərdən ibarətdir. Əgər süni intellekt gələcəkdə insanları əvəz edərsə və insanlar kimi alqoritmlərdən asılı olmayaraq qərarlar qəbul edərsə, o zaman mümkün təhlükələrdən danışmaq olar”.

Xüsusilə Amerika mediasında tətbiq olunan robot jurnalistlərə maraq artıb. Robot jurnalistlər “Nev York Times” kimi qəzetlərdə maliyyə, hava, ekologiya və idmanla bağlı xəbərlər yazmağa davam edirlər. Belə ki, robotlar bəzi sahələrdə jurnalistlərdən daha sürətli və daha dəqiq xəbərlər hazırlaya bilirlər.

Ona görə də, jurnalistika baxımından narahat olmağa dəyməz. Hətta cəmiyyətin informasiya və xəbərə ehtiyacı baxımından da müsbət hal olduğunu söyləmək olar.