Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub

0
154

Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Qanunu layihəsi dekabrın 5-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib.

Plenar iclasda, həmçinin “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə baxılacaq.