DUYĞULAR HƏYATIMIZI İDARƏ ETMƏSİN

0
352

Həyatımız duyğularımızı idarə etsin.
Həyаtımızı isə əməllərimizlə quraq. Kənar təsirləri də idarə etməyə iradəniz
çatsın.
Hər birimizin həyatında xoş günlər də var, kədərli günlər də… Onların hər
biri də özümüzdən asılı deyil. Məcbur qalıb dözməli olduğumuz qarşıntılar da
var. İradəsi olmayanlar, pessimist olanlar bunları özünə dərd edir.
Dünyada xoş həyat sürən optimist, iradəli insanlardır. Bu o demək deyil ki,
onların kövrək duyğuları yoxdur, kədərli günləri yoxdur. Sadəcə, xoş sabaha
ümidləri tükənməzdir. Həyatın gözəllikləri onlara daha yaxındır. Boş vaxt
keçirmirlər.
Ömür boyu xoş, xeyirli əməllərə gərgin, maraqlı əməli, zehni işlərə, sağlam,
nəşəli istirahətə sərf etdiyimiz zamanlar duyğuların rifahını təmin edir.
Səbrimizi, ümidlərimizi, nəşəmizi, saf duyuğları qoruyan da bu rifahın
bənzərsiz gücüdür.
Xeyirli əməllərə çox zaman ayırmaq lazımdır.
Bir kəlmə xoş, dəyəri qiymətləndirən, sevindirən, nəşə artıran, könül fərahlığı
verən söz belə ən xoş əməllərdən biridir. Maddi köməyə ehtiyacımız olmayanda
əməli işimizlə yardım edək. Bu sevinci hamı qarşılıqlı yaşayır. Həyatımızın
dəyərli idarə sütunları bununla qorunur.
Bacarıqlarından səmərəli istifadəniz, dərin yalanı da tapmaq öz əlimizdədir.
Gərgin zəhmət, xoş münasibət, zehni aydınlıq, əqli idarə, güclü iradə və anlayışlı
insanlarla qarşılıq bu yolları daim işıqlandırsın. Bu işığın da sönüb yanan
vaxtları da olur.
Bu bizim amalımıza, ümidlərimizə xələl gətirməsin.
Əməli, zehni işlər istirahət də tələb edir. İstirahət üçün isə artııq qəlbimizin
səsini dinləməliyik. İmkanlarınızdan artığını arzulamayın. Ruhumuza rahatlıq
verən o qədər istirahət növü var ki…
Ruhumuza, canımıza hüzur, sevinc qatan hər bir istirahət, əyləncə növü
varlığımıza daha güclü yeni ahəng, qarşımızda duran işləri həyata keçirmək
üçün doğal, yeni həvəs yaradır. Bildiklərinizi yenidən sizə anlatmağım bu barədə
düşünməyi unutmamağınız üçündür.
İstirahət də duyğularımızın rifahına nədən olan bir əməlidir. Həyatımız bu
əməllərdən də əskik olmasın.
Əslində, duyğularımız da həyatımızın bir hissəsidir. Həyatımızın yaratdığı
duyğular həyata baxışlarımızı və hisslərimizi yaradır.
Normal duyğuların qəlb hissiyatımızla qovuşuğu həyatımızla
həmsöhbətdir.
Qəlbimiz də bu qovuşmanın əsiridir. Bu əsirlik qaranlıq dünyada yox, parlaq
Günəş altında keçsin.
Həyat evimiz də, duyğularımızın yurdu qəlbimiz də fərahla dolu olsun.

SƏNUBƏR