ABŞ bu ölkədə “ikinci Ukrayna” yaradır – Hökmranlıq mübarizəsi başladı

0
257

ABŞ Ukraynada Rusiyaya qarşı istifadə etdiyi ssenarini Tayvanda Çinə qarşı tətbiq etməyə hazırlaşır. ABŞ-ın hərbi-sənayei kompleksi Çinlə münaqişədə maraqlıdır, çünki bununla onlar silah satışı üçün daha çox sifariş alır.

B
u barədə ABŞ-da mühafizəkarların “America Convervative” nəşri yazıb.

Nəşr yazır ki, Bayden Administrasiyası Ukraynadakı metodologiyanı Çinlə mübarizədə tətbiq etməyə çalışır.

“Müharibə ritorikası, mühasirə və iqtisadi qarşıdurma fonunda Tayvanın silahlanması həyata keçirilir. Bu da Ukrayna tipli proksi müharibə hazırlığının getdiyini deməyə əsas verir”, – nəşr qeyd edir.

Məqalənin müəllifi Brayan Robertson vurğulayıb ki, ABŞ Əfqanstandan çıxdıqdan sonra Pentaqona vergi ödəyicilərindən pul çıxarmaq üçün yeni vasitə lazım idi, Ukrayna müharibəsi də məhz bu vaxt başladı: “Yaxın Şərqdəki müharibə və Çinlə münaqişə hazırlığı da Pentaqonun adi amerikalıların vergiləri hesabına maliyyələşməsinə kömək edəcək”.

Rusiyalı politoloq Konstantin Bloxin də hesab edir ki, ABŞ və Rusiya-Çin cəbhəsi arasında dünya hökmranlığı uğrunda mübarizə Asiya-Sakit okean regionunda aparılacaq. Bu qarşıdurmada ölkələr hərbi sənaye kompleksini yenidən quracaqlar.