“7-8 uşağı olan analara “Qəhrəman ana” statusu verilsin”

0
149

“Ailəyə 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil”. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, 2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar: “Üçüncü məsələ odur ki, əvvəllər bizdə 10 uşaq olana qəhrəman ana statusu verilirdi. Hesab edirəm artıq 7-8 uşağı olana qəhrəman ana statusu verilsə, yaxşı olar. Digər məsələ sosial müavinətlərin verilməsi ilə bağlıdır. Millət vəkillərinə onların rayonlarından kimə sosial müavinət verilir, onun siyahısı verilsə, daha yaxşı olar. Çünki bizə kifayət qədər müraciətlər olur. Bu siyahı heç olmasa rayon üzrə verilsə, bu məsələlərin daha şəffaf olmasına şərait yaradar”.