Mingəçevirdə uşaqlar arasında hepatit A virusu necə yayılıb? – VİDEO

0
419

Qızdırma, qarın hissəsində ağrı, ürəkbulanma, rəngin saralması əlamətlərini biruzə verən xəstəlik “Hepatit A” virusudur.

Son bir həftə ərzində Mingəçevir şəhərindən bu diaqnozla altı şagird paytaxtın 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Daxil olan dörd oğlan və iki qız uşağına xəstəxanada ilkin yardım edilib. Onların bəzilərinin vəziyyəti stabilləşib.

Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 nömrəli Kliniki Uşaq Xəstəxanasın şöbə müdiri Aynur Musayeva deyir ki, daxil olan uşaqlardan ikisində “Hepatit A” virusu aşkar edilib.

Digər dörd uşaqda isə hələ ki hepatit A virusu təsdiq edilməyib.

Müraciət edən xəstələrdən iki nəfər ambulator müalicə üçün evə buraxılacaq, digər dörd nəfər isə xəstəxanada həkim nəzarəti altında müalicə alacaqlar.

Ətraflı süjetdə: