Ukrayna ordusunun Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürdüyü bildirilib.
Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığının “Facebook” hesabından verilən açıqlamada Xerson bölgəsində Rusiya ordusuna qarşı uğurlu əməliyyatların aparıldığı bildirilib. Açıqlamada Ukrayna əsgərlərinin Dnepr çayının sol sahilindəki bəzi bölgələri nəzarətə götürdüyü qeyd edilib.
Qarşıdurmalarda 1200-dən çox rus əsgərinin öldüyü, 2200-dən çox rus əsgərinin isə yaralandığı bildirilən açıqlamada Rusiya ordusuna aid 24 tank, 48 zirehli texnika və 89 silahın məhv edildiyi iddia edilib.