Ermənistandan DAHA BİR GEDİŞ: Rusiya ilə bağlı hər şeyə QADAĞA QOYULUR

0
396

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində olan dərsliklərin ekspertizadan keçirilməsi zərurəti bəhanəsi ilə məktəblərə köçürülməsi prosesini dayandırıb”.

Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya 50 mindən çox dərsliyin alınması və rus dilinin tədris olunduğu erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olub. Noyabrın 11-də bu dərsliklər respublikaya göndərilib.

“Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb”, – Vorobyev yazıb.

O əlavə edib ki, erməni həmkarları konkret dərsliklər tələb ediblər.

Noyabrın 15-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, təşkilatın Minskdə keçiriləcək növbəti iclasına getməmək qərarına baxmayaraq, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır.

Eyni zamanda, siyasətçi silah və sursat təchizatı üçün yeni tərəfdaşlar axtardığını etiraf edib və əvvəlkilərdən “inciməməyi” istəyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın siyasətini iki kresloda oturmaq cəhdi adlandırıb.