“070” kodunun sirri: İrəvanın Qarabağla bağlı yeni planı de-şifrə oldu

0
569

Ermənistan hakimiyyəti Qarabağdan çıxan erməni əhalisinə “müvəqqəti müdafiə” (“qaçqın”) statusu verir. Lakin buna paralel olaraq, onlara Ermənistan vətəndaşlığının verilməsi ziddiyyət təşkil edir.

Ermənistan vətəndaşlığı verilən qondarma “qaçqın” ermənilərin pasportlarında “070” kodu saxlanılacaq.

Ermənistan Daxili İşlər Naxirliyinin miqrasiya və vətəndaşlıq xidmətinin mətbuat katibi Nelli Davtyan bildirib ki, Qarabağdan gələn ermənilərə veriləcək pasportlar “070” koduna malik olacaq və “qaçqın”lar bununla ayırd ediləcək.

“070” kodu nədir, İrəvan nə planlaşdırır?

Bu kod işğal dövründə də Qarabağdakı ermənilərə verilən pasportda yer alıb və Qarabağ ərazisi bu kod altında qeyd olunub. Hərçənd, siyasi və hüquqi məntiqə uyğun deyil.

Birincisi, Ermənistanda “070” kodu altında ərazi yoxdur, bu o deməkdir ki, rəsmi İrəvan “070” kodu ilə Qarabağı Ermənistan “ərazisi” olaraq qeyd edir;
İkincisi, bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını davam etdirməsinin sübutudur;

Rəsmi İrəvan “070” kodu ilə daxildəki vəziyyətdən də çıxış yolu axtarır. Çünki Qarabağdan geri qayıdan erməni əhalisinin təmin edilməsi üçün pasportu olmalıdır, hərçənd, Ermənistan pasportunun verilməsi onların “qaçqın” statusuna zidddir. Buna görə Ermənistan hakimiyyəti ermənilərə həm pasport verir, həm də “070” kod adı ilə onların “Qarabağa aid olduğunu” göstərir.