Dünya bu günü unutmayacaq

0
547

Bu gün xalqımızın böyük sevinc, fərəh, qürur yaşadığı gündür. Torpaqlarımızın mənfur düşməndən təmizləndiyi bu gün bütün dünya azərbaycanlılarının və bizi sevən onlarla digər ölkə vətəndaşlarının xoş duyğularını canlandıran gündür. Bu gün Azərbaycan ordusunun möhtəşəmliyi dünyaya öz sözünü dedi. Artıq hər bir Azərbaycan övladı bütün dünyanı alnıaçıq, üzüağ gəzə bilir.
Bu qələbə ölkə rəhbərinin möhtəşəm siyasəti, milli ordumuzun sarsılmaz iradəsi və gücü, xalqımızın igid oğullarının mükəmməl döyüşü ilə əldə olundu. Əsrlər boyu unudulmayacaq bu uğur həm də sağlam ruhun təcəssümüdür. Düşmənin bir körpəsinə, bir qocasına toxunulmadı. Dünyanın bir çox ölkələrinə nümunə olacaq bu münasibət, eyni zamanda bənzərsiz döyüş taktikaları, vətən sevgisi ilə döyüş, qəhrəmanlıq nümunələri hələ uzun illər dünya ictimaiyyətinin yaddaşından silinməyəcək.
Şəhidlərimiz,qazilərimiz,qəhrəmanlarımız- bütün müharibə iştirakçıları bir ömür boyu heç kimin xatirəsindən silinməyəcək. Onları hər zaman iftixarla yad edəcəyik. Onlara qaygı dövlət nəzarətində olsa da hər birimiz öz imkanlarımızı əsirgəməməliyik. Müharibədə iştirak onların hər birinə mənəvi zərbə yaşatmışdır. Bu zərbəni atlatmaqda onların xüsusi qayğıya ehtiyacı var. Gəlin bu qayğımızı əsirgəməyək.
Qaçqın sözü də artıq dilimizdən silinməkdədir. Öz yurd yuvasına qayıdanların xoşbəxtliyini izah etməyə söz bəs eləmir. Bu gözəl diyara illərlə həsrət qalanların səadəti hər birimizə sevinc bəxş edir.
Qarabağa bütün dünyadan gəlmək istəyənlər var.Şuşa dünyanın mədəniyyət mərkəzinə çevrilib. Bu bənzərsiz məkanın hələ qarşıda çox gözəl, möhtəşəm günləri olacaq. Qarabağın bütün şəhər və kəndləri cənnətə dönəcək. Biz buna inanırıq.30 illik həsrət acılarının sonu gözəlliyə qovuşmalıdır.
Bu diyarda hər kəs gözəllik və xoşbəxtlik tapacaq. Bu hamımızın arzusudur. Bizə bu xoşbəxtliyi bəxş edən şəhidlərimizi də unutmayaq.
Bunlar xalqımızın xilaskarı, dövlətimizin qəhrəman rəhbəri İlham Əliyevin də arzusudur.

Sənubər