Bakıda orta aylıq əməkhaqqı artdı

0
466

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,7 manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 % artaraq 923 manat olub.