Ukraynada gələn il seçki keçiriləcək? – Zelenski açıqladı

0
813

Rusiya ilə genişmiqyaslı müharibə zamanı seçkilərlə bağlı Ukrayna cəmiyyətinə sızan bütün məlumatlar məsuliyyətsizlikdir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, indi müharibə şəraitində və hərbçilərin tamam başqa emosiyalarla yaşadığı vaxtda arxa cəbhədə böyük şənliklərin və ya digər cəsarətli işlərin vaxtı deyil.

“Biz hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda, seçki mövzusunu cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir”, – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq Ukraynada Prezident seçkiləri 2024-cü il martın sonunda keçirilməlidir.

Amma hazırda Ukraynada müharibə ilə bağlı tətbiq edilən hərbi vəziyyət hökm sürür. Qanuna görə, hərbi vəziyyət zamanı seçkilərin keçirilməsi qadağandır.