ƏMƏLİYYAT BİTDİ: Qəzza şəhəri tam mühasirəyə alındı

0
270

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin mühasirəyə alınması əməliyyatını başa çatdırıb.

Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari məlumat verib.

O, qeyd edib ki, İsrail hərbçiləri Fələstinin HƏMAS hərəkatının forpostlarına, qərargahlarına, atış mövqelərinə, eləcə də buraxılış infrastrukturuna hücum edir.

“Qəzza şəhərini mühasirəyə almaq üçün səylər tamamlanıb”, – o deyib.

Daha əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza şəhərinin müxtəlif istiqamətlərdən mühasirəyə alındığını bildirmişdi .

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından olan fələstinli radikallar səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb. Ehtiyatda olan hərbçilərin də geniş miqyaslı toplantısı elan edilib.