İstanbul təhlükədə: cəmisi 50 günlük ehtiyat qalıb

0
869

Türkiyənin İstanbul şəhərini su ilə təmin edən su anbarlarında suyun səviyyəsi 18%-ə düşüb. Bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.

Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.

“18,07% 868 milyon ehtiyatın 156,9 milyon kubmetridir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır”, – məlumatda deyilir.

16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.