“Xankəndidə Azərbaycan bayrağı dalğalanırsa, niyə oraya büdcədən pul ayrılmır?”

0
228

2024-cü ilin dövlət büdcəsi (layihəsi) açıqlanıb.
“Məlum olur ki, gələn il Xankəndi şəhərindən büdcəyə 1 manat da olsun (yerli gəlir) daxil olmayacaq. Eyni zamanda Xankəndi şəhərinə büdcədən 1 manat da (yerli xərc) olsun ayrılmayacaq”.

Bu barədə iqtisadçı ekspert Allahverdi Aydın sosial şəbəkə hesabında məlumat yayıb.
“Niyə? Xankəndi Azərbaycan ərazisi deyil?!
Madam ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanır, onda niyə oraya büdcədən pul ayrılmır, niyə orada dövlət orqanları (İcra hakimiyyəti, bələdiyyə, məhkəmə və s.) yaradılmır.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun tələbinə görə (maddə 2) hazırda Xankəndi nə şəhərdir, nə də inzibati ərazi vahidi. O böyüklükdə ərazi havadan asılı qalıb.
Şəhər olması üçün 15 000 əhali olmalıdır (hazırda 4,4 min), inzibati ərazi vahidi olması üçün isə dövlət orqanları olmalıdır. Heç biri yoxdur…
Milli Məclis nəyi, ya da kimin təlimatını gözləyirsiniz? Bu məsələlər birbaşa sizin səlahiyyətinizə aiddir axı…”, – ekspert bildirib.