Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adlarının bərpası üçün xəritə hazırlanacaq

0
227

“Qərbi Azərbaycan İcması ilə birgə həm Qərbi Azərbaycanda, həm Qarabağda, həm də Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi, yaxud tarixi adlarının qaytarılması üçün xəritə hazırlanacaq”.

Bunu açıqlamasına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, sözügedən məsələlərlə əlaqədar AMEA-dan alimlər cəlb ediləcək və bu işlə məşğul olan institutlar öz köməkliklərini göstərəcəklər.

S.Novruzov, həmçinin xatırladıb ki, bununla bağlı qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur:

“Belə məsələlər məhz dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxıldıqdan sonra parlamentdə müzakirəyə çıxarılır və bundan sonra qərar qəbul edilir”.