Hakim partiya: Prezidentin Saakaşvilini əfv edərək “qırmızı xətt”i keçməyəcəyinə ümid edirik

0
200

Prezident Salome Zurabişvilinin həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq. 

Bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini deyib.

Kobaxidze qeyd edib ki, Salome Zurabişvili dövlət institutlarına və Konstitusiyaya müharibə elan edib və bu gün baş tutan uğursuz impiçment səsverməsi ilə dövlət “10:0 uduzub”.