Bayraq sancılan yaşayış məntəqələri doğma sakinlərini gözləyir – VİDEO

0
239

Xocalı, Əsgəran, Ağdərə və Xankəndidə üçrəngli bayrağımızın dalğalanması bütün Azərbaycanı sevindirir.

Xankəndi sakini Natiq Rəşidov da onlardan biridir.

1965-ci il dekabrın 18-də Xankəndi şəhərində anadan olmuş Natiq Rəşidovun uşaqlıq və orta məktəb illəri elə Xankəndidə keçib. Xankəndiyə köçməyi səbirsizliklə gözlədiklərini bildirir.

Müsahibimiz deyir ki, Prezident İlham ƏliyevinXankəndidə Azərbaycan bayrağını ucaltmasını özü və ailə üzvləri böyük sevinclə qarşılayıb.

Natiq Rəşidov yenidən həmin küçələrə qayıtmaq, xatirələrini yeniləmək istədiyini söyləyir.

Füzuli Rzaquliyev isə Ağdərənin Xatınbəyli kəndində anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. Söyləyir ki, torpaqlarımızın işğaldan azad olunması ilə qəddimiz dikəldi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: