Putin Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması haqda dedikləri ilə Nikol Paşinyanı siyasi cəhətdən məhv etdi.
Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Onun sözlərinə görə, həm Rusiya, həm Qərb liderləri Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla səhvə yol verdiklərini düşünür.
“Yəni təkcə Putin yox, Qərb liderləri də belə hesab edir. Yeganə fərq ondadır ki, Qərb liderləri bu barədə açıq danmışmırlar, pərdəarxasında bildirirlər. Mən ABŞ, Fransa və digər Avropa ölkələrinin siyasətçiləri ilə ünsiyyətdə oluram.
Həmin adamlar Ermənistanı dəstəkləyir, lakin rəsmi İrəvanın qərarının onları çətin vəziyyətə saldığını deyirlər. Onlar heç nə edə bilməzlər, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, – Oskanyan deyib.