SON DƏQİQƏ: Fransa ordusu Ermənistana gəldi

0
142

Fansa hərbçiləri Ermənistana gəlib.

B
u barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it dünən axşam saatlarında İrəvana gəlib.

Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstandadır.

Fransa hərbi heyəti “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəlsə də, bu, rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Son günlər Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində addımlar atır. Anri-Rusiya siyasi xətti tutan İrəvan da KTMT-dən çıxmaq və rusları fransızlarla əvəzləmək niyyətindədir. Bu baxımdan, “mülki təhlükəsizlik” təlimləri üçün Fransadan gələn hərbi heyətin Ermənistana yerləşdiriləcəyi istisna edilmir.