Sülhməramlılar gələn ay Qarabağdan çıxacaq – DETALLAR

0
274

Rusiya sülhməramlıları 1 noyabr 2023-cü il tarixində Qarabağdan tamamilə çıxacaq.

B
u iddia ilə erməni bloqer Mika Badalyan çıxış edib.

Badalyan iddiası ilə bağlı əlavə heç nə qeyd etməyib. Onun Rusiyaya yaxın şəxs kimi tanınması bu iddiaya xüsusilə diqqət çəkir, istisna deyil ki, erməni bloqer informasiyanı mənbələrindən əldə edib.

Bu iddia “Rusiya sülhməramlılarının noyabrın 1-də çıxa bilərmi” sualını ön plana çıxarır.

Sülhməramlıların bölgədə qalma müddəti 2025-ci ilə qədərdir, lakin son antiterror tədbirlərindən sonra Qarabağda vəziyyət tamamilə dəyişdi. Bundan sonra sülhməramlıların bölgədə fəaliyyətinə yenidən baxılmalı, bu məsələ Bakı və Moskva arasında razılaşdırılmalıdır.

Rusiya tərəfi bu istiqamətdə danışıqların getdiyini açıqlayıb. Mümkündür ki, rəsmi Bakı sülhməramlıların fəaliyyətini vaxtından əvvəl dayandırmasını istəyir. Qarabağdakı hazırki vəziyyət də sülhməramlıların fəaliyyətinə ehtiyacın getdikcə azaldığını göstərir.

Çünki bölgədə qalan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə başlayıb və rəsmi Bakı öz vətəndaşlarının hüquq və təhlükəsizliyini hər kəsdən daha yaxşı qoruya bilir.