QARABAĞ MÜHARİBƏSİNİN ACILARI NÖVBƏTİ FİLMDƏ

0
229

Sentyabrın 27 -sində”CİNEART GROUP” şirkəti tərəfindən istehsal olunan” MƏN BURDAYAM, İLAHİ” tammetrajlı bədii filminin premyerası baş tutdu.Filmdə CO-Produstion kimi” Ultra Produstion” kino şirkəti çıxış edir.
İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə ictimaiyyətin geniş tamaşaçı kütləsinin ixtiyarına verilən bu filmin rejissoru Qulu Əsgərov,ssenari müəllifi Nicat Dadaşovdur.
Rejissor Q.Əskərovun sözlərinə görə,real hadisələr əsasında çəkilmiş filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi- psixoloji zərbələrdir.
Süjetdə ağır döyüş səhnələrindən daha çox,müharibənin insan psixoloğiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir.
Üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı , anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir.İndi o,övladına sahib çıxmaq üçün həyatını qaydasına salmağa çalışır.
Filmdə milli ənənələrimiz də nəzərə alınaraq epizodda göstərilir.Eyni zamanda millətimizin ləyaqətli,sədaqətli, mətin,cəsarətli ,vətənpərvərqızlarımızın da obrazı nəzərdən qaçırılmayıb.Ağır kontuziya almış müharibə iştirakçısının həyata,qızına qovuşması üçün anasının narazılığına baxmayaraq onunla ailə qurması tamaşaçılar tərəfindən alqışlandı. .
Filmin aktyor heyətində Rasim Cəfər(baş rolda),Leyli Vəliyeva,Aygün Əlipənahova,Günay Həsən,Ayşad Məmmədov kimi tanınmış simalar yer almışlar.
Filmin prodüseri Həsən Axundov,Nicat Dadaşov, operatoru Vasif Əlizadə,bəstəkarı Rasim Məmmədovdur.
” Mən burdayam, İlahi!”bədii filminin baş sponsoru “İctimai TV” dir.Filmə maliyyə dəstəyi göstərənlərdən biri də “Animed”əczaçılıq şirkətidir.
Yeri gəlmişkən qeyd edək ki,bu film 2023 -cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının ” Ən yaxşı prodüser işi”(Həsən Axundov və Nicat Dadaşov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb.Azərbaycan Kinematoqrafçılar İttifaqı bu filmə informasiya və maliyyə dəstəyi də göstərmişlər.
Filmin premyerasına müxtəlif təşkilatlarla,ictimaiyyət ,media nümayəndələri ilə yanaşı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi(DAMM İB)-nin idarə heyəti də dəvət almışdı.DAMM-nin l vitse prezidenti Ruhiyyə Poladova təşkilatımızın adından filmin yaradıcı heyətinə təşəkkürünü bildirərək,prodüser Həsən Axundova DAMM- nın Fəxri Diplomunu təqdim etdi.
“MƏN BURDAYAM,İLAHİ”filminin növbəti nümayişində DAMM- nin idarə heyətinin dəvətilə şəhid anaları,qazılər müharibə iştirakçıları, media nümayəndələri də iştirak etdilər.İştirakçılar bu filmin yalnız kino- teatrlarda deyil,təhsil müəssisələrində,xüsusən IX-XI- ci sinif şagirdləri,ali məktəb tələbələri üçün göstərilməsini,gənc nəslin müharibənin acı- agrılarını yaxından bilmələrinin,Zəfərin necə çətinliklərlə qazanılmasını bir daha dərk etmələrinin vacibliyini təklif etdilər.
Belə filmlərin seriallar şəklində ardıcıl çəkilib ,ictimaiyyətə,xüsusən,gənc nəslə çatdırılmasını zəruri hesab etdilər.Beləliklə,filmin növbəti nümayişi də ugurla keçdi. Onu da qeyd edək ki,bu film Bakının müxtəlif kino teatrlarında nümayiş olunur.Gələcəkdə bölgələrdə də nümayişi nəzərə alındı..Sonda xatirə şəkilləri çəkildi.

Nəzakət Eminqızı,DAMM- nin EŞ- nın sədri,” Yazarlar” jurnalının İƏ üzrə meneceri,AJB- nin üzvü,”Qızıl Qələm”mükafatçısı,yazıçl- publisist.