Ankaradakı terrorun ŞOK DETALLARI: Avtomobil ona məxsus olub, PKK isə…

0
221

PKK terror təşkilatı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum edənlər yüngül ticari avtomobillə Daxili İşlər Nazirliyinin binasına gəliblər.

Avtomobil Kayseri vilayətində oğurlanıb və Dəvəli bələdiyyəsinin yerli baytar həkiminə məxsus olub. Avtomobil sahibinin meyiti çöldə tapılıb.

Xatırladaq ki, iki terrorçu Ankaranın mərkəzində, Atatürk bulvarında yerləşən Daxili İşlər Nazirliyinin binasının darvazalarına yaxınlaşıb. Terrorçulardan biri üzərində olan partlayıcı qurğunu işə salıb. Təhlükəsizlik işçiləri hücum edənlərə atəş açıb. Hücumdan sonra atışma zamanı ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül yaralanıb.