Şəhid Səbuhi Əhmədovun adı Bakının mərkəzi küçələrindən birinə verildi

0
161

Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Bu barədə şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.