Ordubadda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutuldu

0
180

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.