Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

0
205

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev, Anar Məmmədov, Azay Quliyev, Rafael Hüseynov və Kamal Cəfərov Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.