Avropa İttifaqı Ermənistan və İranın Rusiyaya dəstək verən şirkətlərinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
Bu barədə “Bloomberg” Avropa Komissiyasının daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ-nin yeni sanksiyalar paketi Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Ermənistan və Özbəkistandan olan 35-dən çox şirkətə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Həmçinin, yeni paket 70-ə yaxın şəxsə qarşı sanksiyaların tətbiqini təklif edir. Qurum onların adlarını və vətəndaşlığını dəqiqləşdirməyib.