Bu günə qədər imzalanan 69 əfv sərəncamı ümumilikdə 9788 məhkuma şamil edilib

0
196

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı ölkədə icra edilən sayca 69-cu əfv sərəncamıdır.

Sərəncamların 37-si Prezident İlham Əliyev tərəfindən imzalanıb.

Bu günə qədər imzalanan 69 əfv sərəncamı ümumilikdə 9 788 məhkuma şamil edilib.

Bu gün imzalanan sonuncu əfv sərəncamı isə 801 nəfərə şamil olunub, onlardan 463 nəfər azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş hissəsindən azad edilib, 220 nəfərin cəzalarının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 2 nəfər azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad olunub, 3 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxs cəzadan azad olunub.

Eləcə də 18 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunub, 5 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. 2 nəfər islah işləri cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub, 88 nəfər cərimə cəzasına məhkum edilmiş cəzadan azad olunub.

Sonuncu əfv sərəncamı 2 nəfər Rusiya, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 2 nəfər ÇXR vətəndaşı olan məhkumlara şamil edilib.

1996-ci ildən etibarən 12 amnistiya elan olunması haqqında qərar qəbul olunub.