Uşaqlar arasında dilənçiliyin qarşısını almaq üçün müəssisələr yaradıla bilər

0
186

Dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, ümumən yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.