Rusiya Donbasda dayandırıldı: Zaporojye AES partladıla bilər – VİDEO

0
206

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, mərkəzi və cənub vilayətlər yenidən kütləvi hücuma məruz qalıb.

Məlumata görə, hücumlar İran dronları vasitəsilə həyata keçirilib. Onlar Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

M.Aslanov əlavə edib ki, Ukraynanın əks-hücum əməliyyatı nəticəsində Rusiya ordusunun Donbasa hücumu dayandırılıb.

O da qeyd olunub ki, Zaporojye atom elektrik stansiyasının partladılma təhlükəsi var:

“Rusiya hərbçiləri AES-in ətrafını minalayaraq gücləndirilmiş rejimə keçiblər. Ukrayna tərəfi bildirir ki, onlar bunu əks-hücum olacağı təqdirdə AES-i partlatmaq üçün edirlər”.