Türkiyə Rusiya nəhəngi ilə ANLAŞDI: Moskva ilə danışıqlar aparılıb ki…

0
237

Türkiyə hakimiyyəti ilə “Qazprom” arasında aparılan danışıqlar nəticəsində qiymətlərin kəskin artması səbəbindən tədarük olunan qazın ödənişlərinin müvəqqəti olaraq təxirə salınması barədə razılıq əldə olunub.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

2022-ci ildə Türkiyə Rusiyadan təbii qaz tədarükü üçün ödənişlərin bir hissəsini daha yüksək qiymətlərin iqtisadi təsirini azaltmaq üçün 2024-cü ilə qədər təxirə salmağı xahiş edib. Lakin o zaman razılığın əldə olunub-olunmayacağı bəlli deyildi.

Fatih Dönməz qeyd edib ki, ötən il Moskva ilə danışıqlar aparılıb və bu, sazişin bağlanmasına gətirib çıxarıb. O, həmçinin ticarət əlaqələrində də oxşar halların artıq baş verdiyini vurğulayıb