Vətəndaşların ölümlə üz-üzə qaldığı, piyada keçidi olmayan küçə ilə bağlı RƏSMİ AÇIQLAMA

0
157

Paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsində yaşayan sakinlər ərazidə piyada keçidi olmadığından ölümlə üz-üzə qaldıqlarını bildiriblər.

Onların sözlərinə görə, əraziyə yaxın yerdə yerüstü piyada keçidi qoyulsa da, keçidə aparan piyada səkisi yoxdur.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2022-ci ildə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən Xocasən yoluna baxış keçirilib, “Xocasən” elektrik deposu və metrostansiyasının nəqliyyat ehtiyaclarının əlverişli şəkildə qarşılanması, ərazi üçün sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb:

“Layihə rəsmi qaydada aidiyyatı üzrə təqdim edilərək razılaşdırılıb. Lakin icra prosesində layihədən kənara çıxmalar olduğundan mövcud problemlər həllini tapmayıb. Sonrakı mərhələdə həmin problemlərin aradan qaldırılması məqsədilə yenidən ərazidə təhlillər aparılıb. Yenidən layihə işlənərək 2023-cü ilin fevral ayında növbəti dəfə təqdim edilib”.