Dövlətin pulsuz verdiyi dərmanları xəstələrə kimlər satırlar? – VİDEO

0
140

Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilir.

Yəni bu, qanunla belədir. Bəs reallıqda vəziyyət necədir?

Heç də ödənişsiz dərman almalı olan xəstələrin hamısı həmin preparatları rahatlıqla ala bilmirlər. Xalid Rəhimov Tovuzun Əyyublu kəndində yaşayır.

Uzun müddətdir ki, dağınıq sklerozdan əziyyət çəkir. Ona dərmanlar ödənişsiz verilməli olsa da, hər birini öz cibindən aldığını deyir.