İlham Əliyev Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışdı

0
163

“Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi”.

Bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.