Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

0
129

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

Onlar – İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.

Yaş həddi ilə bağlı üç aydır ki, bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov beş, İlham Mahmudov dörd ildir, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.