Azərbaycan Prezidentindən ermənilərin İrəvandakı bayraq təxribatına REAKSİYA

0
138

“Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”.

Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil”, – deyə Azərbaycan Prezidenti bildirib.