İlham Əliyev: “Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir”

0
137

“Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir, əlaqələrimizin böyük hissəsi energetika sahəsi ilə bağlıdır”.

Bu barədə Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir. Eyni zamanda, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 

Ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracından ibarət olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini vurğulayıb.