Senator: “Nəhayət, Fransa Azərbaycanı eşidəcək”

0
185

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda mühüm görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək. 

Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə komissiyanın sədr müavini Natali Quleni XİN başçısının Azərbaycana səfəri barədə gözləntilərini Modern.az-la bölüşüb.

Xanım senatorun sözlərinə görə, nazirin hər iki ölkəyə səfəri çox əhəmiyyətlidir. 

“Fransa rəsmisi, nəhayət, erməni təbliğatında boğulmaq əvəzinə hər iki tərəfin versiyalarını eşidə biləcək. Bildirmək istəyirəm ki, Ermənistan Rusiyaya silah embarqosunu pozanda və İran İslam Respublikasına dəstək verəndə Azərbaycan Avropa və Qərbin müttəfiqi olaraq qalır. Ona görə də bu nüanslara diqqət etmək lazımdır”, – deyə Natali Qule vurğulayıb.