Netanyahunun oğlundan ŞOK İTTİHAM: Etirazları ABŞ maliyyələşdirir, məqsəd İranla…

0
148

Mübahisəli məhkəmə islahatları paketinə etiraz edilən İsraildə ara sakitləşmir. Dünən axşam saatlarında minlərlə insan küçələrdə polislə qarşıdurma yaradarkən, İsrailin baş naziri Netanyahunun geri addım atacağı bildirilib. Digər tərəfdən Netanyahunun oğlu Yair Netanyahu ölkədəki etirazları ABŞ-ın maliyyələşdirdiyini iddia edib.

Etirazları ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyini iddia edən Yair, “İsraildəki etirazların arxasında ABŞ Dövlət Departamenti dayanır. Məqsədləri Netanyahunu devirmək və iranlılarla razılaşmaqdır. Şin Bet haradadır?” deyib.

Qeyd edək ki, İsrail İctimai Yayım Korporasiyasının (KAN) baş nazirlik mənbələrinə əsaslanan xəbərinə görə, Netanyahu səhər saatlarında məhkəmə tənzimləməsini dayandırdığını elan etməyi planlaşdırır.