BMT ofisinin rəhbəri: “Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”

0
160

“Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”.

Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

“Biz Azərbaycanın “Böyük Qayıdış” proqramını hər zaman dəstəkləmişik”, – o bildirib.

Missiya rəhbəri vurğulayıb ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması mürəkkəb və uzunmüddətli prosesdir:

“Bu sahədə malik olduğumuz ən yaxşı təcrübəni nəzərə alaraq, bu prosesi daha səmərəli etmək üçün Azərbaycana öz baxışımızı təklif edirik”.

BMqT ofisinin rəhbəri keçmiş məcburi köçkünlər üçün təlimlər keçirməyi planlaşdırdıqlarını əlavə edib.