Gürcüstanın hakim partiyasında parçalanma başlayacaq – KİV

0
133

Mtavari Arxi” telekanalının yaydığı məlumatlara əsasən, 6 deputat “Gürcü arzusu”ndan getməyə hazırlaşır.

Telekanal prosesin ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ətrafından yaranan gərginlikdən sonra başladığını bildirib.

Qeyd olunur ki, partiyadan ayrılmaq istəyənlər arasında Davit Sergeenko, Davit Sonqulaşvili, Giorgi Xelaşvili, Vladimir Çaçibaya və Nino İobaşvili də var.

Bildirilir ki, partiya sədri İrakli Kobaxidze bu gün mətbuat qarşısına çıxmayıb və bu barədə deputatlar arasında məsləhətləşmələr aparılıb. Qeyd olunur ki, Kobaxidze sözügedən deputatlara ultimatum verib və onlara bildirib ki, partiyadan çıxacaqları təqdirdə mandatlarından imtina etməli olacaqlar