Bu şəxslər valideynlik hüququndan məhrum edilə bilər

0
132

Övladını məktəbə göndərməyən miqrantların valideynlik hüququndan məhrum edilməsi təklif edilib.

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev övladlarını məktəbə göndərməmək qərarına gələn miqrantları valideynlik hüququndan məhrum etməyi təklif edib.

Fadeyevin sözlərinə görə, hüquqlardan əlavə, valideynlərin vəzifələri var. O vəzifələrdən biri də uşaqlara təhsil verməkdir.

“Əgər Rusiyada bütün uşaqların təhsil alması qəbul edilirsə, miqrantlar da övladlarına təhsil verməlidir”, – Fadeyev deyib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov azyaşlılara qarşı cinsi zorakılıqla bağlı cinayətlərin sayının artmasını ölkə şəhərlərinə miqrant axını ilə əlaqələndirmişdi. O, həmçinin bildirmişdi ki, məktəblərdə cinayətlərin, o cümlədən homoseksual xarakterli cinayətlərin yetkin əcnəbilər tərəfindən deyil, onların övladları tərəfindən törədilməsi halları daha çoxdur