“Nələr arzulamışdım, nələr qazandım…”

0
571
"Nələr arzulamışdım, nələr qazandım..."Əməkdar artist Fərqanə Qasımova bu gün 40 yaşını qeyd edir.

Sənətçi bununla bağlı sosial media hesabında paylaşım edərək bunları yazıb:

“40 yaş ömrün elə bir çağıdır ki, artıq cavan sayılmırsan, amma qoca da deyilsən. “Nələr arzulamışdım, nələr qazandım” deyə, düşünürsən… Həyatda 4 gözəl övladım, sənətim var. Özümü dərk edəndən zəhmətə alışmışam, çətinliklərdən qaçmamışam. Atdığım hər addımda özümü Alim Qasımovun qızı, övladlarımın anası, müsəlman xanımı kimi hesaba çəkmişəm. Və heç vaxt özümdən razı qalmamışam. Məncə, istedad böyük məsuliyyətdir. Sənətinlə insan qəlblərində hansı duyğuları oyadırsan? Yaradıcılığınla yaradanamı xidmət edirsən? Bu sualları özümüzə hər gün versək, arzularımız durular, yolumuz aydınlanar. Allah təmiz vicdanla hüzur içində yaşamağı nəsib etsin. Yaşadığı bir gün o birinə bənzəyən kəs ziyan içindədir deyirlər. Yaşadığımız hər yeni il xeyirli, ömrümüz bərəkətli olsun”.