ABŞ və İngiltərə istəmir – Ərdoğanın onları görüşdürməsini

0
147

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib ki, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsinin maksimum uzanmasında maraqlıdır.

Bu iki ölkənin nümayəndələri Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş təşkil etmək cəhdlərinə qarşı çıxırlar.

Ç.Erhanın sözlərinə görə, Böyük Britaniya və ABŞ Putin və Zelenskinin Ərdoğanla görüşməsini istəmir. Digər məsələlərlə yanaşı, onlar üç ölkə liderinin “bir yerdə şəkil çəkdirməsini” istəmirlər.

“ABŞ və Böyük Britaniya mümkün qədər uzun müddət davam edən hərbi əməliyyatların aparılmasını istəyirlər, onlar ukraynalıların gələcəyini, dünyanın qalan hissəsini düşünmürlər”, – deyə Erhan bildirib.

O, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək üçün bir yol tapa biləcəyini vurğulayıb. Eyni zamanda, konkret nəticələrə nail olmaq son dərəcə vacib olduğunu deyib