Evlərin sənədləşdirilməsi prosesi nə yerdədir? – VİDEO

0
199

Bakıda və Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar evlərini sənədləşdirə bilmədikləri üçün bir sıra xidmətlərdən yararlana bilmirlər.

Əmlakın sığortalanması üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Hətta kimsə istəsə belə, bu evləri sığortalaya bilmir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, evləri inventarlaşdırmaq əsas prioritet məsələlərdən biri olmalıdır.

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sənədsiz evlərin siyahısı yerli rayon icra hakimiyyətləri tərəfindən hazırlanaraq Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilir. Nəticəni bu qurumdan almaq mümkündür.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, ötən il daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının sayı 2021-ci il ilə müqayisədə 25,2 faiz artaraq 382 min 319 ədəd təşkil edib. Yəni qurum yalnız müraciət əsasında əmlakların qeydiyyatı ilə məşğul olur.

Daha ətraflı süjetdə: