Dünyanın informatika sahəsinin ən ağıllıları Bakıya toplaşıblar

0
580

Azərbaycanda yerli komandanın da iştirak etdiyi məktəblilər arasında 31-ci Beynəlxalq İnformatika Olimpiadası start götürüb

Bakıda dünyada təhsil sahəsi üzrə ən nüfuzlu beş olimpiadadan biri olan 31-ci Beynəlxalq İnformatika Olimpiadası başlayıb.. Bu beynəlxalq tədbir UNESCO-nun təşəbbüsü ilə Bakıda keçirilir.

31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunan mətbuat konfransında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan bu olimpiadada 1994-cü ildən iştirak edir. Bu müddət ərzində nüfuzlu beynəlxalq yarışda ölkəni 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.

Bu nüfuzlu bilik yarışını Azərbaycanda keçirmək ideyası 2013-cü ildə meydana çıxıb. İsmayılzadənin dediyinə görə, 2015-ci ildə artıq ölkəmiz bu olimpiadanı Bakıda keçirməklə bağlı razılıq alıb.

Государственный экзаменационный центрYeri gəlmişkən, ADA Universiteti IOI-nun Azərbaycandakı təşkilatçısıdır.

Bu dəfə olimpiadaya dünyanın 37 ölkəsindən 335 iştirakçı gəlib. Öz növbəsində Azərbaycan komandasının tərkibinə dörd məktəbli daxildir. Komandamızın yüksək səviyyədə hazırlığı məqsədilə onun üzvlərinə həm ölkəmizdə, həm də xaricdə təlim-məşq keçirilib.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov olimpiadanın Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb.

“Biz uşaqlarımıza böyük ümidlər bəsləyirik”, – deyə nazir bildirib.

O, istedadlı uşaqlarla aparılmış işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını qeyd edib. Nazirin sözlərinə görə, yerli komanda bir neçə il əvvəl respublika üzrə fənn olimpiadalarında iştirak etmiş məktəblilərdən formalaşdırılıb.

Azərbaycan komandasının üzvlərindən üçü 10-cu sinif, 1-i isə 11-ci sinif şagirdidir.

IOI, 2019-cu ildə kimya, fizika, biologiya və riyaziyyat fənn olimpiadalarından sonra sonuncu beynəlxalq yarış olacaq.

Olimpiada üçün suallar ixtisaslaşdırılmış elmi komitə tərəfindən hazırlanır.

Yarış Gimnastika arenasında iki mərhələdə keçiriləcək. İştirakçılara 3 tapşırıq və bu tapşırıqları yerinə yetirmək üçün beş saat vaxt verilir. Bununla yanaşı, girişdə olimpiadanın gedişatını onlayn izləmək mümkündür. Bundan sonra iştirakçılara bir gün istirahət verilir və sonra ikinci tur eyni qaydalara uyğun keçirilir. Avqustun doqquzunda olimpiadanın nəticələri açıqlanacaq.

Breyk-dansçı, arxiv şəkli

ADA Universitetinin rektoru, “IOI 2019”-un Fəxri həmsədri Hafiz Paşayev bildirib ki, elmi şuranın son iclasında universitetə qəbul zamanı beynəlxalq yarışlarda qalib gələn istedadlı tələbələrə üstünlük verilməsi qərara alınıb. O bildirib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib.

Qeyd edək ki, IOI sponsoru “Acer” şirkətidir. Olimpiada başa çatandan sonra şirkət Azərbaycanın Təhsil Nazirliyinə və ADA Universitetinə 450 noutbuk verəcək.

31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda 4-11 avqust tarixlərində keçiriləcək.