Zəlzələ bölgəsində oğurluq edənlər saxlanıldı – 152 nəfər

0
202

Türkiyədə soyğunçuluqda şübhəli bilinən 150-dən çox şəxs saxlanılıb.

Türkiyənin Ədliyyə Nazirliyi dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrdə soyğunçuluqda şübhəli bilinən 150-dən çox şəxsin saxlanılması barədə məlumat yayıb.

Bundan əvvəl Türkiyə hakimiyyəti zəlzələlərdən zərər çəkmiş ərazilərdə talanlara qarşı sərt tədbirlər görəcəyini vəd etmişdi.

Əməliyyatların əsasən Kahramanmaraş, Malatya və Osmaniyə əyalətlərində həyata keçirildiyi qeyd edilir.

Bildirilir ki, təbii fəlakət zonasında oğurluq, soyğunçuluq, dələduzluq hallarının araşdırılması zamanı 152 nəfər saxlanılıb, onlardan 83-ü həbs edilib.

Hazırda digər şübhəli şəxslərin axtarışı davam etdirilir