Rusiyalı onkoloq: “Xərçəng hallarının yarısının səbəbi qidalanmadır”

0
145

Xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biri də qidalanmadır. Bu təhlükəli xəstəliyin bütün formalarının 80% -dən çoxu bu və ya digər kanserogenə məruz qalma ilə əlaqədardır.

Bu barədə rusiyalı onkoloq və cərrah İvan Karasev fevralın 14-də özünün “Telegram” kanalında danışıb.

O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, kişilərdə xərçəngin təxminən 40%-i, qadınlarda isə 60%-i müəyyən qidalanma pozğunluqları ilə əlaqəlidir.

Karasevin sözlərinə görə, artıq qida maddələr mübadiləsini, mühüm daxili orqanların fəaliyyətini pozur və bədxassəli yenitörəmələrin inkişaf riskini artırır.

Onkoloq qeyd edib ki, son əsrlərdə böyük miqdarda zərərli qidalar peyda olub. Belə ki, şəkər, marqarin, sənaye konservləri, “fast food”, geni dəyişdirilmiş məhsulları sağlamlığa ciddi mənfi təsir göstərir.